İdman

Yaya Turedən sərt açıqlama

19 Aprel 2014 10:34
0 Şərh     Baxış: 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mançester Siti" futbol klubunun yarımmüdafiəçisi Yaya Ture futbolda hələ də irqçiliyin geniş yayıldığını bildirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, Afrika qitəsindən olan futbolçuların avropalılar və ya amerikalılar səviyyəsində qəbul edilmədiyini deyib.

Ture ancaq neqativ cəhətdən qəbul edildiklərini bildirib: "Mən nəsə neqativ fikir söyləmirəm, mən obyektiv olmağa çalışıram. Əgər siz Afrikaya getsəniz, siz orada Messini tanıdıqlarını eşidəcəksiniz. Avropada isə "Yaya Ture kimdir?" deyə soruşurlar. Mənim barəmdə eşidənlər isə üzdən tanımırlar. Messini isə hamı tanıyır. Əgər məni İngiltərə Premyer Liqasında ilin futbolçusu saymasalar, çox ciddi təəssüf hissi keçirəcəyəm. Çempion və qalib kimi hər yerdə birinci olmağa alışmışam. Əfsuslar olsun ki, çoxları afrikalıları insandan çox heyvan hesab edirlər. Mən afrikalı olmağımla fəxr edirəm. Öz nümunəmdə göstərmək istəyirəm ki, afrikalı futbolçu avropalı və ya amerikalı kimi yaxşı oyunçu ola bilər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.