İdman

"Prezident Kuboku-2014" reqatası başladı

18 Aprel 2014 22:13
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2014" reqatası start götürüb.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, Üç gün davam edəcək reqataya Azərbaycan, Gürcüstan və Türkiyənin 150-dən çox idmançısı qatılıb. Azərbaycan və Gürcüstan hər iki növdə, Türkiyə isə kayak və kanoedə təmsil olunur. Yarışda fərqlənən idmançılar diplom və medallarla təltif ediləcək. Ümumi komanda hesabında birinci yeri tutacaq ölkənin komandasına "Prezident Kuboku" təqdim olunacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.