İdman

Dzeko qərarını verdi

18 Aprel 2014 17:05
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mançester Siti" klubu komandanın hücumçusu Edin Dzeko ilə müqavilə yeniləməyi planlaşdırır.

Milli.Az qol.az-a istinadən verdiyi məlumata görə, rəhbərlik bosniyalı futbolçu ilə danışıqlara başlayıb. "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Dzekonun komandada qalmasının tərəfdarıdır. 28 yaşlı futbolçu ilə İtaliyanın "İnter" klubu yaxından maraqlanır. Lakin Pelleqrini Dzekonu "İnter"ə satmayacaqlarını açıqlayıb.

Qeyd edək ki, Dzeko 2011-ci ildə 27 milyon avro müqabilində "Volfsburq"dan "Mançester Siti"yə transfer olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.