İdman

Türkiyəli futbolçu ilə sevgili olduğu deyilən azərbaycanlı xanım danışdı

18 Aprel 2014 16:22
1 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Yazılanlar doğru deyil. Futbolçu Səlcukla, sadəcə, dostluq münasibətimiz var. Sevgili deyilik".

Milli.Az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında hazırda Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı iş adamı, keçmiş teleaparıcı Leyla Süleymanova deyib. O bildirib ki, barəsində deyilənlərin əsası yoxdur: "Rəfiqəm, türk aktrisası Ebru Öztürkün oynadığı "Aşk oyunu" filminin təqdimat mərasimindən sonra Səlcuk məni evə yola salarkən sağollaşıb dostca görüşüb-öpüşdük. Fotolara diqqətlə baxılsa, görüləcək ki, o, mənim yanağımdan öpüb. Dostlar, bu cür sağollaşmaq normal haldır. Sadəcə, xahiş edirəm, bunu kimsə başqa yerə yozmasın. Haqqımda çıxan dedi-qodular ürəyimcə deyil".

Qeyd edək ki, bir müddət bundan əvvəl Türkiyə mətbuatında Leyla Süleymanovanın "Fənərbağça" futbol komandasının oyunçusu Səlcuk Şahinlə eşq yaşadığı xəbəri yayılmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.