İdman

"Qəbələ" Elnur Allahverdiyevi qovur?

18 Aprel 2014 15:12
0 Şərh     Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Daim intizamsız hərəkətləri ilə gündəmə gələn Elnur Allahverdiyev dəfələrlə yersiz qırmızı vərəqələr alaraq çıxış etdiyi komandaları çətin vəziyyətdə qoyub. Bu dəfə isə o, fərqli şəkildə gündəmə gəlib. Belə ki, millinin müdafiəçisi oynamaya-oynamaya cəzalanıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, belə ki, ötən il kubokun finalında baş verən olaylara görə 6 oyunlaq cəzalanan Elnur cari mövsümdə "Qəbələ"nin bu turnirdə keçirdiyi 4 matçı buraxmalı olub. Eyni səbəbdən sabiq klubu "Xəzər Lənkəran"la oyunu kənardan izləməli olan müdafiəçi dilini dinc qoymayıb və qarşılaşmanın baş hakimi Rəhim Həsənovu yağlı söyüşlərə "qonaq edib". Nəticədə, AFFA İntizam Komitəsi onu oynamadığı oyuna görə 5 oyunluq cəzalandırıb və klubu 10 min manat cərimə edib. Özü də Allahvediyevin cəzası Premyer Liqa oyunlarına şamil edilib. Bir sözlə, millinin müdafiəçisi ən yaxşı halda cari mövsümün son turunda meydana çıxa biləcək.

AFFA-nın cəzasına məruz qalan Elnur daha bir zərbəni klubundan alacaq. Belə ki, "Qəbələ" 10 min manatlıq cəriməni onun özünə ödətdirmək niyyətindədir. O, canını bununla qurtara bilməyəcək və mövsümün sonunda klub axtarışına çıxacaq. Legionerlərlə yola getməyən, bir müddət əvvəl mətbuat vasitəsi ilə həmkarlarını ağır şəkildə ittiham edən müdafiəçi klubdaxili ab-havanı da pozmaqda günahlandırılır. Beləliklə, "Qəbələ" "Xəzər Lənkəran"dan qalmaqallı şəkildə transfer olunan müdafiəçiyə yayda qapını göstərəcək.

Berti Foqtsun da Allahverdiyevi cəzasız qoymaması gözləniləndir. Son olaraq Mahir Şükürovu "Böyük oyun"da azarkeşlərə "orta barmaq" göstərdiyinə görə cəzalandıran alman çalışdırıcı böyük ehtimalla onu ABŞ-la oyunun heyətinə daxil etməyəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.