İdman

Qvardiola "Bavariya"dan getmək haqqında düşünür

18 Aprel 2014 14:21
2 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola komandanın oyun üslubunu tənqid edən klubun fəxri prezidenti Frans Bekkenbauerə cavab verib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəsmisi Münhen təmsilçisinin qələbə qazanmasına baxmayaraq, çox darıxdırıcı oyun nümayiş etdirdiyini bildirmişdi.

Qvardiola isə deyib ki, əgər rəhbərlik onun oyun üslubunu bəyənmirsə, mövsümün sonunda "Bavariya"dan ayrılmağa razıdır: "Tənqidləri qəbul edirəm. Ancaq oyun üslubumu dəyişmərəm. Burada əlimdən gələni etməyə çalışıram. Klub rəhbərliyi işimdən məmnun deyilsə, mövsümün sonunda qarşılıqlı razılaşma ilə yolları ayıra bilərik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.