İdman

Berti Foqts: "ABŞ yığmasına təyinatımın arxasında gizli heç nə yoxdur"

17 Aprel 2014 18:42
0 Şərh     Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Millimizin baş məşqçisi Berti Foqts müsahibəsində Almaniya Bundesliqası və ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmana məsləhətçi təyin edilməsi haqda fikirlərini açıqlayıb.

Milli.Az azerisport.az-a istinadən alman mütəxəssisin bundesliga.de saytına açıqladığı fikirlərini diqqətinizə çatıdır: "Almaniya Bundesliqasının bütün Almaniya futbolu kimi, çox yaxşı nüfuzu var və bu, kənardan gözə çarpır. Futbol əsasları nöqteyi-nəzərindən, dünyada bu sistemin oxşarı yoxdur. Bizim güclü klublarımız və güclü yığmamız var".
Foqts ABŞ yığmasının baş məşqçisi Yurgen Klunsmana məsləhətçi təyin edilməsi ilə çoxlarının təəccübünə səbəb olan məqama aydınlıq gətirib: "Bu təyinatın arxasında çoxlarının düşündüyü kimi, elə də çox şey dayanmır. Birincisi, Almaniya yığmasını yaxşıca öyrənmək üçün, Klinsmana mən lazım deyiləm. O, onsuz da, almanlar haqda hər şeyi özü bilir. Ümid edirəm ki, Almaniya yığması dünya çempionu olacaq. Futbolçuların bu nəsli bu qələbəyə layiqdir. Klinsmanla uzun illərdir ki münasibətlərimiz var. Nə vaxtsa mən onu Almaniya futbol ittifaqına baş məşqçi qismində məsləhət görmüşəm. Onun başladığı işi, Löv və Birhoff davam etdirdi və indi Almaniya futboluna tam fərqli bir baxış var".

Təcrübəli məşqçi, həmçinin özünün ABŞ yığmasında birbaşa öhdəliklərinə də toxunub və bu sazişin Azərbaycan futboluna əhəmiyyətini qeyd edib: "DÇ-də ABŞ yığmasının Almaniya yığması ilə oyunu dostların əhatəsində bir oyun olacaq. Ancaq ABŞ qələbə istəyindədir. Portuqaliya və Qana yığmalarının oyunlarını izləyəcəyik. Bundan başqa, təyinatım, həmçinin Azərbaycan və ABŞ futbol qurumları arasında əməkdaşlığa bir körpüdür. Biz, yoldaşlıq oyunu keçirəcəyik və bunun Azərbaycan futbolu üçün müsbət əhəmiyyəti olacaq. Sonralar gənclər və qadınlardan ibarət komandalar bu ənənəni davam etdirəcəklər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.