İdman

Zidan: "Çempionluq Cerardın haqqıdır"

17 Aprel 2014 17:53
1 Şərh     Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fransa millisinin və "Real" (Madrid) klubunun canlı əfsanəsi Zinəddin Zidan "Liverpul"un kapitanı Stiven Cerard haqda xoş sözlər deyib.

Milli.az qol.az-a istinadən xəbər verir ki, Zidan Cerardın bu mövsüm komandası ilə çempionluğu haqq etdiyini bildirib: "Cerard böyük karyeraya malikdir, ancaq bu mövsüm "Liverpul"la çempion olmasa, ona görə üzüləcəm. O, "Liverpul"da çempionluğu haqq edir. "Real" və "Çelsi" kimi klubların onu istəməsi artıq sirr deyil. Cerard Avropanın digər böyük klublarında da oynaya bilərdi. Amma ingilis futbolçu "Liverpul"da qalmağı üstün tutdu. Buna görə də o, çempion olmalıdır".

Qeyd edək ki, "Liverpul" Premyer Liqada 34 turdan sonra 77 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.