İdman

Səbrinin "Qalatasaray"dakı taleyi necə olacaq?

17 Aprel 2014 17:38
0 Şərh     Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qalatasaray"ın təcrübəli oyunçusu Səbri Sarıoğlu müqaviləsini bir il daha uzatmağa çox yaxınlaşdı.

Milli.Az goal.com-a istinadən xəbər verir ki, o, Ziraat Türkiyə Kubokunda "Bursaspor" qarşısında bu mövsüm 26-cı rəsmi matçına çıxıb. "Qalatasaray"ın oyunçusu Səbri Sarıoğlu daha 4 matçda oynayarsa, müqaviləsi avtomatik olaraq 1 il uzanacaq. 2012-ci ilin iyul ayında sarı-qırmızılı klubla 2+1 illik müqavilə imzalamışdı. Səbrinin müqaviləsində 2013-14 mövsümündə 30 rəsmi matçda oynaması halında müqaviləsinin 1 il daha uzadılacağı maddəsi var.

"Qalatasaray"ın bu mövsüm 5-i liqa və 1-i kubok finalı olmaqla cəmi 6 rəsmi matçı qalıb. Əgər Səbri bu matçlardan dördündə meyadana çıxsa, gələcək mövsüm də "Qalatasaray" forması geyinəcək. Əks halda təcrübəli oyunçu mövsüm sonunda klubdan ayrılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.