İdman

Alman ulduz "Şalke"də qalacaq?

17 Aprel 2014 17:14
0 Şərh     Baxış: 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Alman ulduzun meneceri, gənc oyunçunun gələcəyi haqqında mətbuata açıqlamalar verdi.

Milli.Az goal.com-a istinadən xəbər verir ki, Yulian Drakslerin meneceri Roger Vittman ulduz oyunçunun "Şalke" klubunda ən az bir mövsüm qalacağını açıqladı. Arsen Venger qış transfer pəncərəsində 20 yaşındakı oyunçunu heyətinə qatmağa çox yaxınlaşmışdı. Ancaq transfer son anda "suya düşmüşdü".

Sport Bild-ə açıqlama verən Vittman belə deyib: "Bir oyunçu komandasında yaxşı çıxış edərsə, niyə ayrılsın ki? Məncə, imzaladığı müqaviləyə uymalıdır. Draksler və Farfanın "Şalke"dən ayrılması bütün planları alt-üst edə bilər. Draksler ən az bir mövsüm daha klubda qalacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.