İdman

Diniyev: "Orada futbolçular məşqə tapança ilə gəlirdi"

17 Aprel 2014 17:05
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Just football" verilişinin daha bir buraxılışı yayımlanıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, rus dilində yayımlanan proqramın bu dəfəki qonağı hazırda işsiz olan məşqçi Şahin Diniyev olub. Təcrübəli mütəxəssis verilişdə "Rəvan"dan istefa verməsinin səbəblərini açıqlayıb, eləcə də Azərbaycan Premyer Liqasında baş verən son hadisləri dəyərləndirib. Diniyev Azərbaycanda, həmçinin Rusiyada klubların çox zaman baş məşqçi yox, komandanın prezidenti tərəfindən idarə olunduğunu deyib.

Onun sözlərinə görə, Rusiyanın "Terek" klubunda baş məşqçi olduğu vaxt Çeçenistan prezidenti Ramzan Kadırov klubun daxili işlərinə müdaxilə edirmiş. Bu azmış kimi "Terek"in futbolçusu klubun bazasına, məşqə belində tapança ilə gəlirmiş.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.