İdman

İnyesta "Real"a məğlubiyyətdən sonra: "Bir yumruq olmalıyıq..."

17 Aprel 2014 16:17
1 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnyesta: "Toparlanmalı və bir yumruq olmalıyıq"

"Barselona" klubunun futbolçusu Andres İnyesta dünən Madrid "Real"ı ilə baş tutan kubok matçından sonra fikirlərini bölüşüb.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, İniyesta klubun rəsmi saytına açıqlamasında məğlubiyyətə baxmayaraq komandasının sonadək mübarizə apardığını bildirib:

"Son zamanlar hər şey "Barselona" üçün pis gedir. Daha öncə Çempionlar Liqasında mübarizəni dayandırdıq, indi isə kubokun finalında "Real"a uduzduq. "Real"la görüşdə sonadək mübarizə apardıq, bütün gücümüzü ortaya qoyduq, ancaq hər şey elə epizod olaraq qaldı. Artıq toparlanmalıyıq və bir yumruq olmalıyıq. Bundan sonra La Liqada çempionluq uğrunda mübarizəni davam etdirməliyik".

Qeyd edək ki, "Barselona" - "Real" oyunu 1:2 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.