İdman

Mançini: "Unutmayacam..."

17 Aprel 2014 14:32
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mançini: "Bu oyunu heç vaxt unutmayacam"

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Türkiyə Kubokunda "Bursaspor"la matçdan sonra açıqlamalar verib.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, o, qalib gəldikləri bu matçın məşqçi karyerasında unudulmaz oyunlardan olduğunu deyib:

"Birinci hissədə qapımızdan iki qol buraxsaq da, beş qol vuraraq qalib gəldik. Bu oyunu heç vaxt unutmayacam".

Mançini qarşılaşma ərzində göstərişlərini futbolçulara bir kağıza yazaraq bildirdiyi üçün tənqid olunmasına da münasibət bildirib: "İnsanların tənqidi vecimə də deyil. Onlar məni anlaya bilməzlər".

Qeyd edək ki, Türkiyə Kubokunun yarımfinalında səfərdə "Bursaspor"u 5:2 hesabı ilə məğlub edən "Qalatasaray" finala adlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.