İdman

"Final yolunda gözəl qələbə qazandıq, amma..."

17 Aprel 2014 15:59
0 Şərh     Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Gərgin oyun alındı. İkinci hissədə təzyiqimiz öz bəhrəsini verdi. Artıq xeyli müddət idi ki, azarkeşlərimizi doğma meydanımızda sevindirə bilmirdik. Bu dəfə hər şey istədiyimiz kimi nəticələndi. Qələbə qazandığımıza görə çox sevincliyəm".

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Nizami Hacıyev klubun rəsmi saytına açıqlamasında Azərbaycan kubokunun yarımfinalında "Xəzər Lənkəran"la oyundan (3:0) sonra deyib.

N.Hacıyev bu oyunun onun üçün yadda qalan olduğunu bildirib: "Oyun mənim üçün xüsusi yaddaqalan oldu və unudulmayacaq. "Qəbələ" forması ilə qol hesabımı açdım. İnanıram ki, bu qollarım mənə və komandama düşərli olacaq. Finala adlamaq üçün ilk oyunda gözəl qələbə qazandıq. Amma arxayınlaşmaq olmaz. Cavab oyununda diqqətli olmalıyıq. İnanıram ki, etibarlı oyunumuzu səfərdə də təkrarlayaraq finala vəsiqə qazanacağıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, "Qəbələ"nin heyətində 27-ci matçına çıxan Nizami Hacıyev məhz sözügedən qarşılaşmada hesabı açıb. Matçda dublunu rəsmiləşdirən və qələbədə əvəzsiz rol oynayan yarımmüdafiəçi klub tarixində qol sevinci yaşayan 83-cü futbolçu olub. Nizami kubokda "Qəbələ"də qol vuran 30-cu oyunçu kimi də tarixə düşüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.