İdman

Ulduz futbolçu: "Azərbaycan dilini..."

17 Aprel 2014 15:53
0 Şərh     Baxış: 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Reynaldo: "Azərbaycan dilini mənə öyrədəcək adam yoxdur"

"Qarabağ" klubunun futbolçusu Reynaldo Silva milliləşdirilərək, Azərbaycan yığmasının heyətinə cəlb olunma məsələsinə münasibət bildirib.

Milli.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu millimizdə oynamağa hazır olduğunu deyib.

Lakin o, hələlik ortada rəsmi bir şeyin olmadığını əlavə edib: "Bilirəm ki, ictimaiyyət bu barədə danışır. Amma hələ rəsmi bir şey yoxdur. Təbii ki, özüm yığmanızda oynamağı istərəm".

Reynaldo Azərbaycan dilini öyrənməkdə çətinlik çəkdiyini də bildirib: "Cəhd edirəm ki, dilinizi də öyrənim. Amma bu çətindir. Çünki öyrədəcək adam da yoxdur. İmkan tapdıqca Bakını gəzirəm, ölkə haqda məlumat toplayıram. Amma nə ingiliscə, nə də azərbaycanca bilirəm".

Qeyd edək ki, Reynaldo Topaz Premyer Liqasında fevral və mart aylarında ən yaxşı futbolçu, eləcə də fevralın ən yaxşı qolunun müəllifi olub. O, hazırda Premyer Liqanın bombardiridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.