İdman

Simeoneyə da bir təklif

17 Aprel 2014 15:50
0 Şərh     Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeoneyə təkliflər gəlməkdə davam edir

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, 43 yaşlı mütəxəssis dünya çempionatından sonra Argentina millisini çalışdıra bilər.

Simeonenin bu posta namizədliyi ilə Argentina Futbol Federasiyasının (AFF) prezidenti Xulio Qrondon şəxsən özü maraqlanır.

Onun sözlərinə görə, Braziliyada təşkil olunacaq mundialdan sonra yığmanın hazırkı baş məşqçisi Aleksandro Sabelya istefaya göndəriləcəyi təqdirdə AFF bu posta məhz Simeoneni gətirməyi düşünür. Lakin Sabelyanın gələcək taleyi Argentina millisinin "DÇ-2014"dəki çıxışından asılı olacaq. Uğursuz çıxışın müqabilində Sabelya ilə yolların ayrılacağı iddia olunur.

Qeyd edək ki, Madrid klubuyla 2017-ci ilə qədər müqaviləsi olan Simeonenin adı "Barselona", "Monako" və "İnter"lə də hallanır.

Mili.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.