İdman

"Monako"dan İspaniyaya transfer hücumu

16 Aprel 2014 21:04
0 Şərh     Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Monako" Madrid "Atletiko"sundan Dieqo Simone Dieqo Koştanı, "Real Madrid"dən isə İker Kasilyası transfer etmək istəyir.

Milli.az goal.com-a istinadən xəbər verir ki, "Monako"nun sahibi, rusiyalı biznesmen Dimitri Rybolovlev növbəti mövsüm komandadan ayrılmalı olan italyan məşqçi Klaudio Raniyerinin yerinə Dieqo Simeoneni gətirmək istəyir .

Simeone "Atletiko"da hər mövsümünə təxminən 2 milyon avro qazanır. Ancaq "Monako"ya gələrsə, bu məvacibin ən azı 3 qatı ona təklif olunub. Radamel Falkaonun "Monako"dan ayrılma ehtimalına qarşı da olaraq klub rəhbərliyi "Atletiko" Madriddə bu mövsüm ulduzu parlayan hücumçu Diego Koştanı gözaltı edib. Koştanın bu kluba keçəcəyi təqdirdə 38 milyon avro alacağı bildirilirdi.

Madrid "Real"ının qapıçısı Kasilyas da "Monako"nun hədəfinə çevrilib. Ona isə mövsum başına 7 milyon avro təklif ediləcəyi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.