İdman

"Arsenal" "topçu" axtarır

16 Aprel 2014 20:26
0 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İngiltərənin "Arsenal" klubu hücumçusu axtarışlarını davam etdirir.

Milli.az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi "Yuventus"un forvardı Fernando Lorenteyə "elçi" düşüb. "Arsenal"ın baş məşqçisi Arsen Venger ispaniyalı futbolçunu Oliver Jirunun yanında oynatmağı planlaşdırır. "Topçular" daha öncə "Liverpul"un hücumçusu Luis Suarezlə maraqlansa da, uruqvaylı futbolçunun Madrid "Real"ında oynamaq istəməsi "Arsenal"ı çətin vəziyyətdə qoyub. Bu səbəbdən "Arsenal" hazırda bütün diqqətini Lorenteyə yönəldib.

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm "Atletik" (Bilbao) klubundan "Yuventus"a transfer olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.