İdman

"Fransa millisi dünya çempionatında özünü sübut etməlidir"

16 Aprel 2014 20:06
0 Şərh     Baxış: 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının yayda keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan fransız mütəxəssis komandasının qarşıdakı mundialda özünü sübut edəcəyinə inandığını bildirib: "Fransa millisinin dünya çempionatında son uğuru 2006-cı ildə olub. Artıq həmin vaxtdan 8 il keçir. Bu, az müddət deyil. Hazırda FİFA reytinqində 17-ci pillədə qərarlaşmışıq. Son Avropa çempionatının 1/4 finalında İspaniyaya məğlub olduq, hansı ki, sonda onlar çempionluğu bayram etdilər. 2006-cı ildən sonra komandada nəsil dəyişib, gənc futbolçular cəlb olunub. Qarşıdakı mundialda öz gücümüzü sübut etməliyik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.