İdman

Syomin qovuldu

16 Aprel 2014 19:25
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qəbələ"nin məşqçisi Syomin texniki zonadan kənarlaşdırılıb. Milli.Az fanat.az-a istinadən  xəbər verir ki, rusiyalı məşqçi "Xəzər Lənkəran"la matçın baş hakimi Rəhim Həsənovun qəzəbinə tuş gəlib.

Yuri Syominin oğlu texniki zona qaydalarını pozduğu üçün meydandan kənarlaşdırılıb. O, bu səbəbdən "Xəzər Lənkəran"la cavab matçını tribunadan izləməli olacaq.

Qeyd edək ki, Andrey Syomin Premyer Liqanın XXVIII turunun "Qarabağ"la matçının 65-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan kənarlasdırılmışdı. AFFA onu bu səbəbdən 5 oyunluq cəzalandırmış, klubu 5000 manat cərimə etmişdi. Cəza səbəbindən 29-30-cü turların oyunlarını buraxan Syomin 33-cü turadək kənarda qalacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.