İdman

Azərbaycan və Rumıniyanın futbol sahəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

16 Aprel 2014 17:35
0 Şərh     Baxış: 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Buxarest şəhərində Rumıniya Futbol Federasiyasının yeni seçilmiş prezidenti Razvan Burleanu ilə görüşüb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Azərbaycan və Rumıniyanın futbol sahəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, Bakı və Buxarest şəhərlərinin Avro-2020-nin oyunlarına ev sahibliyinə namizədliyi irəli sürülüb və bu istiqamətdə hər iki ölkənin futbol qurumları tərəfindən ötən müddət ərzində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra E.Məmmədov Buxarest şəhərindəki 55 min azarkeş tutumuna malik Milli stadionla tanış olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.