İdman

Qadın boksçularımız dünya birinciliyinə uğursuz başladılar

16 Aprel 2014 17:03
0 Şərh     Baxış: 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində oğlanların yarışında iki idmançımız mübarizəni dayandırıb.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, Tayfur Əliyevin ardınca Orxan Əliyev də (60 kq) yarışla vidalaşmalı olub. Boksçumuz Serbiya təmsilçisi Florian Saboyla dueldən məğlub ayrılıb - 1:2.

Bu gün isə gənc qızlar rinqə çıxıblar. Ancaq Aliyə Vəlizadə (51 kq) və Məryəm Cəbrayılovanın (60 kq) çıxışları uğursuz alınıb. A.Vəlizadə Tunis nümayəndəsi Amel Çhebbiyə məğlub olub. M.Cəbrayılova isə bərabər mübarizə şəraitində keçən qarşılaşmada ukraynalı Angelina Bondarenkoya uduzub - 1:2.

Günorta proqramında Şamil Əliyev nəyə qadir olduğunu göstərməyə çalışacaq. Milli komandamızın üzvü Bakı vaxtı ilə saat 18:10-da yaponiyalı Ren Umemura ilə üz-üzə gələcək. Axşam proqramında Roman Zakirov (69 kq) dünya birinciliyində ilk görüşünə çıxacaq. Onun rəqibi Macarıstan boksçusu Bernard Barsoni olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.