İdman

"Neftçi"dən Arazın "avtoş"luğu ilə bağlı açıqlama - VİDEO

16 Aprel 2014 16:33
2 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən "Neftçi"nin futbolçusu Araz Abdullayevin maşını ilə avtoxuliqanlıq edən zaman polis tərəfindən saxlanılması ilə bağlı məlumat dərc etmişdik.

"Neftçi" klubu da bu mövzü ilə bağlı narahatçılığını dilə gətirib.

Milli.Az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə qafqazinfo-ya verdiyi açıqlamada bu hadisə ilə bağlı bəzilərinin "Neftçi" klubunu günahkar bildiyini vurğulayıb:

"Araz Abdullayevin maşınının cərimə meydançasına salınması mövzusu yenə gündəmi zəbt edib. Əvvəla nəzərinizə çatıdırım ki, gündə onlarla maşın cərimə meydançasına aparılır. Araz Abdullayevin avtoxuliqanlıq etdiyi iddiası da var. Bizdə olan məlumata görə Arazın maşını qadağan olunmuş siqnala görə cərimə meydançasıina aparılıb. Arazın qayda pozuntusuna görə bəziləri "Neftçi" PFK-nı günahlandırır. Maraqlıdır, Araz Abdullayev qaydanı pozub, "Neftçi" nə etsin? Biz Araz Abdullayevin bazanın divaraları və yaşıl meydançadakı hərəkətlərinə görə cavabdehlik daşıyırıq. Birdə video yayılıb, guya Araz Abdullayev avtoxuliqanlıq edir. Bəli, maşın həmin maşındır. Amma sürən Araz deyil. Bu görünütülər 3-4 il əvvələ aiddir. O zaman bu avtomobil Araza məxsus olmayıb. Bu hərəkəti edəni Araz kimi təqdim etmək nəyə xidmət edir?"

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.