İdman

İdmançımız finalda erməniyə qalib gəlib, Avropa çempionu oldu! - YENİLƏNİB - VİDEO

4 Aprel 2014 23:25
8 Şərh     Baxış: 4 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
21:47

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, çempionatın dördüncü günündə 70 və 86 kq sərbəst, 63 və 75 kq qadın güləşçilər mübarizə aparırdı.

Azərbaycan güləşçiləri sərbəst güləş yarışlarında ölkəmizi təmsil edib.

70 kq-da yarışan Ruslan Dibirhacıyev 1/8 finalda Belarusdan olan Anton Afanasyevlə qarşılaşıb. Təmsilçimiz 10:2 hesabıyla qalib gəlib. 1/4 finalda o, macarıstanlı İstvan Qulyasa da 6:2 hesabıyla qalib gəlib. Dibirhacıyev yarımfinalda türkiyəli Yakup Görə 5:4 hesabıyla qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə Ruslan erməni güləşçi Qriqor Qriqoryanla güləşib. 12:2 hesabıyla qalib gələn Ruslan Avropanın ən güclüsü adını qazanıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov mübarizəyə 1/16 finaldan başlayıb. O, moldovalı Peter Yanulovu çətinliklə məğlub edib. 1/8 finalda Həmzət türkiyəli Fırat Birincini mübarizədən kənarlaşdırıb - 10:0. 1/4 finalda güləşçimiz macarıstanlı İstvan Vereblə qarşılaşıb. Təəssüf ki, o, bu oyunda 1:4 hesabıyla məğlub olub. Vereb də yarımfinalda uduzduğundan, Osmanovun bürünc medal qazanmaq şansı qalmayıb.

Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 5 medal qazanıb. Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.

---------
15:38

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatında Azərbaycanın daha bir güləşçisi azı gümüş medalı özünə təmin edib.

Trend-in məlumatına görə, 70 kq çəkidə yarışan sərbəst güləşçi Ruslan Dibirhacıyev finaladək bütün görüşlərdə rəqiblərindən üstün olmağı bacarıb.

Təmsilçimiz 1/8 finalda belarus Anton Afanasyevi, 1/4 finalda macar İstvan Gulyası, yarımfinalda üsə türkiyəli Yakup Görü mübarizədən kənarlaşıdırıb.

İdmançımızın final görüşü isə daha prinsipial əhəmiyyət daşıyır. Belə ki, son mərhələdə R.Dibirhacıyev erməni Qriqor Qriqoryanı məğlub etməlidir.

Milli.Az

---------
23:25

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.