İdman

Mustafa Dənizli: "...mütləq Türkiyəyə qayıdacağam"

12 Fevral 2014 10:23
0 Şərh     Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Trabzonspor" klubundan hər hansı təklif almamışam". Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın türkiyəli baş məşqçisi Mustafa Dənizli deyib.

"Trabzonspor"da boş qalan baş məşqçi postuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən təcrübəli mütəxəssis Türkiyə mətbuatına açıqlamasında belə bir təklif almadığını açıqlayıb: "Bir gün mütləq Türkiyəyə qayıdacağam. Amma qeyri-adi bir şey baş verməsə, mövsümün sonuna qədər "Xəzər Lənkəran"da qalmaq istəyirəm".

Qeyd edək ki, Dənizli 2013-cü ilin dekabrından "Xəzər Lənkəran"ı çalışdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.