İdman

Balotelli: "Messi və Ronaldu da..."

29 Yanvar 2014 18:05
1 Şərh     Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan" klubunun hücumçusu Mario Balotelli maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.az-ın məlumatına görə, "Goal.com"a danışan italiyalı futbolçu əsas məqsədinin "Qızıl top" deyil, komandası ilə uğur qazanmaq olduğunu bildirib:
 

"Əlbəttə, "Qızıl top"u qazanmaq hər bir futbolçunun arzusudur. Ancaq bu, mənim üçün vacib deyil. Mən daha çox özüm yox, komandam haqda düşünürəm. Bir oyunda mən yox, komanda qalib gəlir. Həmçinin məğlubiyyət də kollektivin adına yazılır. Ona görə də əsas məqsədim komandamla uğur qazanmaqdır. Məncə, Messi və Ronaldu da belə edirlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.