İdman

FIFA-nın Tofiq Bəhramovla bağlı şok etirafı

28 Yanvar 2014 14:40
0 Şərh     Baxış: 1 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FIFA dünya futbolunda bu günədək qeydə alınmış ən önəmli 11 hakim səhvini açıqlayıb.

Fanat.az xəbər verir ki, Tofiq Bəhramov siyahının birincisi olub.

30 iyun 1966-cı ildə keçirilən dünya çempionatının İngiltərə - Almaniya finalının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 101-ci dəqiqədə ingilis Hurstun zərbəsi dirəyin içində yerə dəyir və meydana dönür. Matçın baş hakimi Qottfried Dienst köməkçisi, azərbaycanlı Tofiq Bəhramovla müzakirədən sonra qolu qeydə alıb və İngiltərə 3:2 hesabı ilə önə keçib. Xəbərdə qeyd olunur ki, Dienst və Bəhramov ortaq bir dil bilmədikləri üçün işarələrlə anlaşıblar.

2. DÇ-2010-un 1/8 finalında Almaniya İngiltərəni 2:1 hesabı ilə udduğu zaman ingilis Frank Lempardın zərbəsindən sonra top üst dirəyin içindən qapı xəttini keçsə də, hakimlər qolu qeydə almayıblar.

3. DÇ-1986-nın 1/4 finalında Argentina - İngiltərə matçında Dieqo Maradona topu əli ilə qapıya salıb. Lakin hakim qolu qeydə alıb. Matçdan sonra Maradona topa toxunduğu əlini "Tanrının əli" adlandırıb.

4. 1994-cü ildə Almaniya Bundesliqasının "Bavariya" və "Nürnberq" arasındakı matçında Münhen təmsilçisinin oyunçusu Tomas Helmerin zərbəsindən sonra top qapı xəttinin yanından meydanı tərk etsə də, hakim qol qedə alıb. "Nürnberq"in etirazından sonra matç yenidən keçirilib.

5. DÇ-2002-nin 1/8 finalının İtaliya - Cənubi Koreya matçında hakim Biron Moreno italyanların təmiz qolunu saymayıb. Daha sonra referi Françesko Tottiyə hakim aldatmağa çalışdığı üçün qırmızı vərəqə göstərib. Nəticədə İtaliya mübarizəni dayandırıb.

6. Belçika çempionatının "Anderlext" - "La Louvyere" matçında meydan sahiblərindən Bessiqonun 20 metrdən vurduğu zərbədən sonra top havada partlayıb və qapıya daxil olub. Matçın baş hakimi bu epizodda qol qeydə alıb. Matçdan sonra edilən etirazla bağlı qərarın verilməsi aylarla yubanıb və nəticə dəyişməyib.

7. Cari mövsümün ilk yarısında Almaniya Bundesliqasında keçirilən "Hoffenhaym" - "Bayer" matçında Kiesslinqin baş zərbəsindən sonra top yan tərəfdən toru dələrək qapıya daxil olub. Buna baxmayaraq matçın baş hakimi qol qeydə alıb. "Hoffenhaym" qol etiraz etsə də, FIFA-nın "hakimin qərarı dəyişməz" qaydası və federasiyanın tövsiyyəsi ilə İdman Arbitaj Məhkəməsindəki şikayət ərizisini geri götürüb. Maraqlıdı ki, həmin qarşılaşmanı idarə edən referi Briç və köməkçiləri DÇ-2014-ə təyinat alıb.

8. 2007-ci illə "Mançester Yunayted"lə "Lill" arasında keçirilən Çempionlar Liqası matçında ingilislər cərimə meydançasının yaxınlığında sərbəst zərbə qazanıb. "Lill"in qapıçısı canlı sədd qurduğu bir vaxtda Rayan Giqqz topu boş qapıya vurub və hakim qolu qeydə alıb.

9. 2011-ci ildə Asiya Çempionlar Liqasının "Əl Saad" - "Suvon Bluevinqs" matçında futbolçulardan biri zədələnib yerdə yatarkən qol vurulub. Hakim həmin qolu sayıb.

10. Cari mövsüm keçirilən Çempionlar Liqasının "Şalke 04" - "Bazel" matçında Almaniya klubunun 4 futbolçusu ofsaydda olduğu vaxt Joel Matip topu qapıya göndərib. Matip zərbədən əvvəl ofsaydda olduğu üçün bir qədər gözləsə də, hakim oyundankənar vəziyyət qeydə almayıb.

11. 2009-cu ildə keçirilən Fransa və İrlandiya arasında dünya çempionatının seçmə mərhələsinin play-off matçında Tyerri Anri əli ilə toxunduğu topu Qallasa ötürüb. Sonuncu onu qapıya göndərib və matç 1:1 hesabı ilə başa çatıb. Bu səbəbdən İrlandiya DÇ-2010-a vəsiqə qazana bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.