İdman

Həftəsonu müdhiş oyunlar: "Titanları"n savaşı

18 Yanvar 2014 14:23
0 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az sportnews-a istinadən xəbər verir ki, həftəsonu ən maraqlı oyunları təqdim edir

Həftəsonunun afişasına Fransadan başlamaq olar. PSJ Fransada hamıdan yaxşı oynayır. İbarhimoviç gözəl qollar vurur. "Nant" da ölkənin sayılıb seçilən komandalarındandır. "Bülbüllər" bu il Fransada top komandalara başağrısı ola bilər. Hazırda onlar "Lion" və "Bordo"dan daha yüksək yerlərdədirlər.

Bazar. PSG-Nant 23-55

İspaniyada da maraqlı oyun var. Həmin görüş də eyni vaxtda başlayır. Bu baxımdan da tamaşaçılar seçməkdə çətinlik çəkəcəklər. İspaniyada lider oynayır. Rəqib isə bir neçə il əvvəl "Barsa" və "Real"la sona qədər mübarizə aparan "Sevilya"dır. Madridlilər bu il evdə, demək olar ki, xal itirmirlər. Sevilyaya isə onların nə vaxt son dəfə məğlub olduqlarını yada salmaq mümkün deyil. Buna baxmayaraq Emerinin komandası da hazırda yüksək temp yığa bilib. "Andalusiyalılar" son 7 oyunda uduzmayıblar və 5 dəfə qalib gəliblər.

Bazar. Atletiko M - Sevilya 00-00
 

Digər lider "Barselona" isə "Valensiya"ya yollanacaq. "Levante" ilə "Barsa" kubokun prevyüsünü edəcəklər. Belə ki, onlar gələn həftə yenidən elə eyni stadionda qarşılaşmalıdırlar.

Bazar. Levante-Barselona . 22-00

İtaliyadakı oyuna da diqqətlə baxmaq lazımdır. "Milan"la "Verona"nın qarşılaşması qonaqların bu il gözəl oyunu və "Milan"ın yeni baş məşqçisinin debütü ilə maraqlı olacaq. Zeedorf futbolçu karyerasını bitirməmiş məşqçiliyə başlayır.

Bazar . 23-45. Milan-Verona

İtaliyadan Hollandiyaya yollanmaq olar. Burada ölkənin "El Klassiko"su olacaq. Amsterdamda "Ayaks" PSV ilə qarşılaşacaq. Turnir cədvəlində fərqli yerlərdə olmasına baxmayaraq 2 ən titullu komandanın görüşü hər zaman maraq kəsb edir.

Bazar. Ayaks-PSV. 19-30.

Nəhayət, həftənin oyunu. "Çelsi" və "Mançester Yunayted". Mourinyonun İngiltərəyə qayıtmasının səbəblərindən biri də Fergüssonla mübarizə idi. Lakin Ser futbolu buraxdı. Mouriyno isə ilişməyə İngiltərədə ilişməyə adam axtarır. Bütün bunlar hamısı 2-ci dərəcəlidir. Əsas odur ki, çempionluğa əsas namizədlərdən biri çətin rəqibi qonaq edir. Londonluları son turlarda dayandırmaq çətin olur. Onlar minimum güc sərf etməklə oyunlardan maksimum xalla ayrılırlar.

Bazar. Çelsi - Mançester Yunayted . 20-00

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.