İdman

"Tour d’Azerbaidjan" ilin yarışı seçildi - FOTO

25 Dekabr 2013 16:29
Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Milli Olimpiya komitəsinin rəsmi nəşri olan "Olimpə doğru" jurnalı və "Olimpiya dünyasi" qəzetinin təşkilatçılığı ilə ilin yekunlarına həsr olunmuş səsvermənin nəticələri açıqlanıb. Qaliblər bü gün Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən tədbirdə mükafatlandırılıblar.

Velosiped Federasiyasından Milli.Az-a verilən məlumata görə, nominantlar arasında Azərbaycan Velosiped İdmanı Federasiyası da var. Belə ki, bu ilin mayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş çoxgünlük "Tour d'Azerbaidjan" veloyürüşü "Ilin yarışı" nominasiyasında 1-ci yerə layiq görülüb.
 

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevə mükafatı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib. MOK rəsmisi "Tour d'Azerbaidjan" veloyürüşünün Azərbaycanın idman həyatında xüsusi yer tutduğunu bildirib və AVİF-ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.