İdman

Mustafa Dənizli: "Mən Roberto Mançini olsa idim..."

25 Dekabr 2013 14:58
2 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançiniyə məsləhət verib.
 

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis deyib ki, İstanbul klubunun Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə matçda futbolçusu Didye Droqbanın oynatması yanlış qərar ola bilər. O hesab edir ki, kot-d`ivuarlı hücumçu keçmiş klubuna qarşı istənilən oyunu sərgiləməyə bilər:
 

"Bir futbolçu keçmiş komandasına qarşı oynayanda çox zaman istəkli olmur. Droqba çox fərqli hisslərlə bu matça çıxacaq. Azarkeşlər onu alqışlayacaqlar. Buna görə də "Çelsi" ilə görüşdə Droqbanı oynatmaq düzgün deyil. Mən olsam, onu oynatmaram. O, yaxşı futbolçudur, amma bunun insanlıq tərəfi də var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.