İdman

Avropa Liqasının 10 bəxtəvər komandası

29 Noyabr 2013 11:59
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Liqasının qrup mərhələsinin V turunun qarşılaşmaları 1/16 final mərhələsinə vəsiqələrdən 8-nin adına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmalardan sonra daha 10 klub 1/16 finala yüksəlib.

3 qrupda hər iki xoşbəxt müəyyənləşib. İ qrupunda Fransa "Lion"u ilə İspaniya "Betis"i, J qrupunda Türkiyə "Trabzonspor"u ilə İtaliya "Latsio"su, L qrupunda isə Yunanıstan PAOK-u ilə Hollandiya "Alkmaar"ı son tur ərəfəsində ilk 2 pilləni təmin edib. Bundan başqa, Almaniyanın "Ayntraxt" klubu F, Belçika "Genk"i G qrupunda 1-ci yeri tutacağını rəsmiləşdirib. Rusiyanın "Anji" klubu K qrupunda, İspaniya "Sevilya"sı H qrupunda 2-ci yerə sahib çıxmaqla 1/16 finala çıxıb.

Qeyd edək ki, daha 8 komanda IV turdan sonra 1/16 finala yüksəlmişdi. Bunlar C qrupunda Avstriya "Zalsburq"u və Danimarka "Esbyerq"i, E qrupunda İtaliya "Fiorentina"sı ilə Ukrayna "Dnepr"i, A qrupunda İspaniyanın "Valensiya", B qrupunda Bolqarıstanın "Lüdoqorets", D qrupunda Rusiyanın "Rubin", K qrupunda İngiltərənin "Tottenhem" klubları da buna nail olub. Bu isə o deməkdir ki, son turda yalnız 6 vəsiqənin sahibi müəyyənləşəcək.

Mİlli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.