İdman

Kriştianu Ronaldu onu sevməyənin rekordunu qırdı, 26 klubu geridə qoydu - FOTO

24 Oktyabr 2013 10:55
8 Şərh     Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" Madrid klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"a (2:1) 2 qol vuraraq canlı əfsanə Eysebionu geridə qoyub.
  

Milli.Az "Real" Madridin səhifəsinə istinadən xəbər verir ki, 71 yaşında olan Eysebio 57 qolla Avrokuboklarda ən çox fərqlənən portuqaliyalı futbolçu idi.
  

Ronaldu Çempionlar Liqasında 57-ci qolunu vuraraq Avropanın ən nüfuzlu turnirində bombardirlər siyasında 3-cü oldu.
  

Çempionlar Liqasında bu siyahıda ilk pilləni "Real"ın əfsanəsi Raul Qonsales tutur, o, 71 qol vurub. 2-ci yerdə isə 63 qolla "Barselona"lı Lionel Messi qərarlaşıb.
   

Əlavə etmək lazımdır ki, Çempionlar Liqasının 3-cü mərhələsindən sonra 7 qolla Ronaldu bombardirlər siyasında liderlik edir. Maraqlı budur ki, Ronaldu bu mövsüm ÇL-dəki 32 klubun 26-sından çox qol vurub.
  

Tuncay Türbəndəzadə

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.