İdman

Avroliqa: "İnter" Bayılda büdrədi - YENİLƏNİB

4 İyul 2013 22:59
0 Şərh     Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
22:59

Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "İnter" də ilk oyununa çıxıb.
 
Komandamızın rəqibi Finlandiya təmsilçisi "Mariehamn"dı. Kağız üzərində rəqibindən xeyli güclü olan paytaxt klubu bunu meydanda da isbatlamağa çalışmalıydı. Cavab matçı rəqib meydanında keçiriləcəyindən Kaxaber Sxadadzenin yetirmələri növbəti mərhələyə vəsiqənin taleyini böyük ölçüdə Bakıda həll etməliydilər. Lakin çox təəssüf ki, komandamız ona bəslənilən ümidləri doğrulda bilməyib. Hesabı "İnter" açsa da, fasilədən sonra qonaqlar bərabərlik qolunu vurublar. İndi "bankirlər" cütün taleyini səfərdə həll etmək məcburiyyətində qalıb ki, bu da çox çətin olacaq.
 
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 11-də Finlandiyada keçiriləcək.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
4 iyul
 
İnter - Mariehamn - 1:1 (1:0)
Qollar: A.Məmmədov, 7 (1:0), P.Yokihara, 72 (1:1)
Baş hakim: Sergey Sliva (Litva)
Bakı. "Bayıl Arena".
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
5. "İnter" ilk dəqiqələrdən təşəbbüsə yiyələnib və rəqibi topsuz oynamağa məcbur edir
7. Adlamın uzaqdan zərbəsi çox bərbad alınır
7. QOOOOOOOOOOOOL! A.Məmmədov A.Abatsiyevin ötürməsindən sonra qapıçı ilə üz-üzə qalır və erkən qolla komandasını önə keçirir - 1:0
11. "Mariehamn" ardıcıl iki korner qazansa da, müdafiə xəttimiz diqqətli oynayır
15. "İnter" hücumlarını davam etdirir. Amma qonaqların da əks-hücumları təhlükəli alınır
18. Zədələnən Orgill oyuna davam edə bilmir və "Mariehamn" ilk dəyişikliyə əl atır: Meydana K.Brayt çıxır
24. "İnter" künc zərbəsi qazansa da, bundan istədiyi kimi yararlana bilmir
28. B.Abdulay müdafiədə çox inamlı təsir bağışlayır. Qonaq futbolçular hələ ki, onu keçməkdə çətinlik çəkirlər
33. "Mariehamn"da daha bir məcburi dəyişiklik edilir. Zədələnən Assis yerini Yokiharaya buraxır
34. Tompsonun uzaqdan zərbəsi dəqiq alınmır
35. "İnter" demək olar ki, hücumu unudub və çox sönük oyun sərgiləyir
37. "Bankirlər"in hücumu qolla nəticələnmir
38. Cavadovun zərbəsi qapının üstündən keçir
44. A.Abatsiyev sarı vərəqə ilə cəzalanır
45. İlk yarıya 3 dəqiqə əlavə olunur
45+1. "İnter" daha bir korneri boşa verir
45+3. A.Məmmədov fasilə ərəfəsində zədələnir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. İlk yarının sonunda zədələnən A.Məmmədov M.Alvaro ilə əvəzlənir
47. Yokiharanın zərbəsi dəqiq olmur
48. Abatsiyevin uzaqdan zərbəsi qapıdan azca yan keçir
49. Braytın elə də qüvvətli olmayan zərbəsini Lomaya tutur
50. Abdulay sarı vərəqə alır
51. Laqerblomun cərimə zərbəsini Lomaya dəf edir
55. "İnter" demək olar ki, kəsərli hücumlar təşkil edə bilmir. Finlərin müdafiə xətti çox etibarlı oyun sərgiləyir
55. Sxadadzenin yaxın məsafədən zərbəsini rəqib qapıçı tutur
56. Abatsiyevin uzaqdan zərbəsi qapının üstündən keçir
58. Qonaqların korner vuruşu uğursuz olur
67. "İnter" korner qazanır. Cavadovun zərbəsi təhlükəli alınsa da, qolla nəticələnmir
69. "İnter"in daha bir təhlükəli hücumu zamanı Sxadadzenin zərbəsi dəqiq olmur
71. Növbəti təhlükəli hücum Əmircanovun qapının yanından keçən zərbəsiylə tamamlanır
72. "İnter"in yenicə fəallaşmağa başladığı bir vaxtda əks-hücum təşkil edən finlər hesabı bərabərləşdirirlər - 1:1
72. Bu qolda müdafiə xəttinin çox kobud səhvi qeyd olunmalıdı. Onlar Yokihamanı demək olar ki, nəzarətsiz qoymuşdular
76. Braytın başla zərbəsini Lomaya tutur
76. V.Cavadovu D.Genov əvəzləyir
77. "İnter" bu oyunla çətin ki, mərhələ adlaya bilsin...
80. Bu oyunda çoxlu kobud səhvlərlə yadda qalan sabiq "Barcelona"lı - Benites sarı vərəqə ilə cəzalanır
81. M.Alvaronun uzaqdan möhtəşəm zərbəsi qapı çatından dönür. Genov isə təkrar zərbəylə boş qapını nişan almaq əvəzinə topu düz qapıçının üstünə göndərir
83. Sxadadzeni gənc hücumçu R.Mansurov əvəzləyir
85. "Mariehamn"ın oyunçuları vaxt öldürürlər. Azarkeşlər isə buna etiraz olaraq meydana kənar əşyalar atırlar
86. "İnter" bütün qüvvəylə irəli atılıdığı kimi, rəqib da müdafiəyə çəkilib. Ardıcıl hücumlar bəhrə vermir
90. Liiski sarı vərəqə alır
90+1. İaşvili ilə Mansurov yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmirlər. Komandamız hesabda önə keçməyə çox yaxın idi
Matç başa çatdı

---------
22:35

Milli.Az Azerisport.az-a istinadən bildirir ki, "İnter" - "Mariehamn" oyununda ikinci qol vuruldu.

İnter - Mariehamn - 1:1 (2-ci hissə)
Qollar: A.Məmmədov, 7 (1:0), P.Yokihara, 72 (1:1)

--------
21:11

Milli.Az Azerisport.az-a istinadən bildirir ki, "İnter" - "Mariehamn" oyununda ilk qol vuruldu.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
4 iyul
 
İnter - Mariehamn - 1:0 (1-ci hissə)

Qol: A.Məmmədov, 7 (1:0)


---------
21:03

Milli.Az Azerisport.az-a istinadən bildirir ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter" - "Mariehamn" oyunu başlandı.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
4 iyul
 
İnter - Mariehamn - 0:0 (1-ci hissə)
Baş hakim: Sergey Sliva (Litva)
Bakı. "Bayıl Arena".
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
 

İNTER: 1. Georgi Lomaya, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 20. Brüs Abdulay, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 9. Aleksandr İaşvili, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 14. İlqar Ələkbərov, 15. Matiya Şpiçiç, 87. Cəmil Hacıyev, 8. Mikel Alvaro, 10. Daniel Genov, 17. Ramil Mansurov.
MARİEHAMN: 30. Peter Enkelman, 4. Rocer Tompson, 5. Dever Orgill, 8. Yani Liiski (k), 15. Emil Andersson, 6. Pekka Lagerblom, 11. Tommi Virtanen, 16. Robin Östlind, 19. Alanzo Adlam, 25. Dieqo Assis, 90. Patrik Biskata.
Ehtiyat oyunçular: 1. Otso Virtanen, 3. Niko Kukka, 17. Petteri Yokihara, 23. Kris Brayt.

----------
09:09

Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "İnter" də ilk oyununa çıxır.
 
Komandamızın rəqibi Finlandiya təmsilçisi "Mariehamn"dır. Rəqibindən xeyli güclü olan paytaxt klubu bunu meydanda da isbatlamağa çalışmalıdır. Cavab matçı rəqib meydanında keçiriləcəyindən Kaxaber Sxadadzenin yetirmələri növbəti mərhələyə vəsiqənin taleyini böyük ölçüdə Bakıda həll etməlidir.
 
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 11-də Finlandiyada keçiriləcək.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
4 iyul

21:00. İnter - Mariehamn
Baş hakim: Sergey Sliva (Litva)
Bakı. "Bayıl Arena".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.