İdman

İqor Akinfeyevə fişəng atan tutuldu

28 Mart 2015 22:01
1 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Avro-2016"nın dünən keçirilən Montoneqro - Rusiya oyunu zamanı qonaq komandanın qapıçısı İqor Akinfeyevə fişəng atan azarkeş saxlanılıb.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Luka Lazareviç adlı azarkeş özü könüllü polisə təslim olub.

Qeyd edək ki, "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində keçirilən Çernaqoriya - Rusiya matçında xoşagəlməz hal yaşanıb.

Oyun başlayan zaman yerli azarkeşlərdən biri Rusiya millisinin qapıçısı İqor Akinfeyevə fişəng atıb. Başından zədə alan 28 yaşlı qolkiper xəstəxanaya aparılıb. Qarşılaşma isə dayandırılıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.