İdman

Azərbaycan London Olimpiadasında ikinci gümüş medalını qazandı! - YENİLƏNİB - FOTO

9 Avqust 2012 10:01
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
08.08.2012
23:16

Milli.Az xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik finalda yaponiyalı Hitomi Obaraya məğlub oldu. Ancaq o, Olimpiadanın gümüş medalını qazandı!!!

--------
23:06

Milli.Az xəbər verir ki, Azərbaycanın qadın güləşiçisi Mariya Stadnik final döyüşünə çıxdı. Onun rəqibi yaponiyalı Hitomi Obaradır.

---------
22:49

Milli.Az Azerisport.az-a istinadən xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin finaldakı rəqibi yaponiyalı Hitomi Obaradır. Final görüşü bir neçə dəqiqə sonra başlanır.

--------
19:13

Milli.Az xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik yarımfinalda ukraynalı İrina Merleni ilə qarşılaşıb və qələbə qazanıb.

İdmançımız birinci hissədə 1:0, ikinci hissədə isə 3:0 hesabı ilə inamlı qələbəyə imza ataraq finala yüksəlib.
 
-----------
19:08


Milli.Az xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik yarımfinalda ukraynalı İrina Merleni ilə qarşılaşır.

-----------
18:24

Milli.Az xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik dörddə bir finalda polşalı rəqibi İvona Matkovskayaya 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Yarımfinalda idmançımızın rəqibi ukraynalı İrina Merleni olacaq.   

----------
17:30

Milli.Az xəbər verir ki, Azərbaycanın ən titullu idmançılarından biri olan Mariya Stadnik (48 kq) 1/8 finalda amerikalı idmançı Lonq Çunu məğlub edərək dörddə bir finala yüksəlib.

----------
17:26

Apasport.az saytının məlumatına görə, mübarizənin ilk günündə Azərbaycanın ən titullu idmançılarından biri olan Mariya Stadnik (48 kq) də qüvvəsini sınayacaq.

4 il öncə Pekin Olimpiadasında 3-cü olan güləşçimiz ilk mərhələdən azad idi. O, 1/8 finalda Lonq Çun (ABŞ) - Şaşa Jao (Çin) cütünün qalibi ilə qarşılaşacaq. Amerikalı idmançı rəqibini məğlub edərək, Stadniklə mübarizə aparmaq şansı qazanıb.

Bu mərhələnin görüşləri Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, millimiz qadın güləşi üzrə yarışda 2 idmançı ilə təmsil olunur. Sabah isə Yuliya Ratkeviç (55 kq) gücünü yoxlayacaq.

---------
09:48


Bu gün XXX London Yay Olimpiya oyunlarında qadın güləşçimiz Mariya Stadnik döşək üzərinə çıxacaq.

Qol.Az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində çıxış edəcək Stadnik ilk mərhələdən azaddır.

Mübarizəyə 1/8 finaldan qoşulacaq Pekin Olimpiadasının bürünc mükafatçısı bu mərhələdə Lonq Çun (ABŞ) - Şaşa Jao (Çin) cütünün qalibi ilə qarşılaşacaq. Həmin yarışa isə Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan qadın güləşi üzrə yarışda 2 idmançı ilə təmsil olunur. Digər təmsilçimiz Yuliya Ratkeviç isə mübarizəyə sabah qoşulacaq.

























 -----------------
08.08.2012
23:55


Azərbaycan güləşçisi Mariya Stadnik London Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdır



---------
19:44

Azərbaycan güləşçisi Mariya Stadnik qızıl medalın bir addımlığında





Foto: AzərTAc
Azernews Newspaper

XƏBƏR LENTİ