İdman

“Neftçi”yə yeni baş məşqçi

22 Noyabr 2014 20:21
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Neftçi" klubunun əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu post bundan əvvəl "ağ-qaralar"ın U-19 komandasını çalışdırmış Samir Əliyevə tapşırılıb.

Əliyev hazırda AFFA-nın təşkil etdiyi "A" kateqoriyalı məşqçilik kurslarında iştirak etdiyindən, əvəzediciləri "Xəzər Lənkəran"la sabah keçiriləcək oyuna məşqçi Səttar Əliyev çıxaracaq.

Bundan başqa, "Neftçi"nin U-19 komandasının baş məşqçisi vəzifəsinə isə Azər Bağırov təyin olunub.

Qeyd edək ki, paytaxt təmsilçisinin əvəzedicilərini bundan öncə Elşad Əhmədov çalışdırırdı. O, bir neçə gün öncə vəzifəsindən ayrılıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.