Cəmiyyət

Azərbaycanda zəlzələlərin sayı 60 faiz artıb

15 Fevral 2012 16:59
0 Şərh     Baxış: 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Trend-in Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu mərkəzin rəhbəri Qurban Yetirmişli ötən ilin hesabatını açıqlayan zaman deyib.

Onun sözlərinə görə, zəif zəlzələlərin sayının çoxalması seysmik stansiyaların sayının artması ilə əlaqədardır.

Son 12 ildə ayrılan seysmik enerjinin və zəlzələlərin sayının paylanmasının analizi göstərir ki, 2004-cü ildə ayrılan seysmik enerjinin artma meyli 2007-ci ildə dayanıb, 2009-cu ildə minumuma çatıb, 2010-2011-ci illərdə isə tədricən artmağa başlayıb.

Qurban Yetirmişli deyib ki, 2011-ci ildə ölkə ərazisində onunla sərhəd yerlərdə 7761 yeraltı təkan qeydə alınıb. Onlardan 3840-ı yerli, yaxın və 3921-i uzaq zəlzələlərdir. Ötən il 17 hiss olunan zəlzələ qeydə alınıb. Aparılan analiz 2011-ci ildə zəlzələlərin sayının çox və ayrılmış seysmik enerjinin miqdarının 2010-cu ilə nisbətən yüksək olduğunu göstərir. Ötən il baş vermiş 17 hiss olunan zəlzələdən 10-u Böyük Qafqazın cənub-şərq yamacının Kür depressiyası ilə təmas zonasında qeydə alınıb.

Ötən il Acıçay-Ələt, Vəndam uzununa qırılmaları, Taircalçay-Salyan, Palmir-Abşeron, Qutan-Zəngilan, Talış-Qaraboğazqol eninə dərinlik qırılmaları istiqaməti boyu aktivləşmə müşahidə olunub.

Zəlzələlərin uzunmüddətli proqnozu məqsədilə tədqiq edilən Vp/Vs parametrinin anomal dəyişmə xüsusiyyətləri əsasında proqnostik xəritələr tərtib olunub. Həmin xəritələrdə görünür ki, Şamaxı-İsmayıllı, Şəki-Zaqatala rayonları, eləcə də respublikanın şimal-qərb ərazisində (Gəncə və Qazax rayonları) potensial təhlükəli zonalar müşahidə olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.