Cəmiyyət

Yasamalda küçələrdən "çaylar" axır

22 Noyabr 2014 22:07
1 Şərh     Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yenə Bakıya yağış yağdı, yenə hər tərəf "göllərə", "çaylara" döndü.

Milli.Az musavat.com-a istinadən bildirir ki, yağışın yağması nəticəsində Yasamal rayonu və Yeni Yasamal yaşayış massivinin bəzi yerləri su içində qalıb.

Belə ki, yağan yağış nəticəsində "İnşaatçılar" metrostansiyasının ətrafını və Yeni Yasamal yaşayış massivinə gedən yolları su basıb. Avtomobillərin hərəkəti suyun səviyyəsinin yüksək olması nəticəsində məhdudlaşıb. Saatlarla tıxac yaranıb.

Sürücülər alternativ yollardan istifadə etməyə çalışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.