Cəmiyyət

Ərzaq günü münasibətilə Bərdədə tədbir keçirilib - YENİLƏNİB - VİDEO

17 Oktyabr 2011 20:43
0 Şərh     Baxış: 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
20:12

Milli.Az xəbər portalının EL TV kanalına istinadən verdiyi məlumata görə, Dünya Ərzaq Günü hər il silsilə tədbirlərlə qeyd edilir.

Builki tədbiri isə FAO-təşkilatının Bərdə ofisi, Aqro İnformasiya Mərkəzi, İsveçrə İnkişaf və əməkdaşlıq təşkilatı, Braziliya Federal Respublikasının Azərbaycandakı səfirliyi birgə təşkil ediblər. Mərasim "Dünya Ərzaq Günü, Böhrandan Sabitliyə Doğru" adı altında Ağdam rayonunun məcburi köçkünləri məskunlaşan Bənövşələr qəsəbəsində baş tutub.

Tədbirdə bir sıra ərzaq məhsulları nümayiş olunub. Həmçinin, məktəblilərin bu mövzuda çəkdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Yerli sakinlkərin tədbir meydançasında sac üstündə yuxa bişirmələri və nehrə asmaları tədbirə xüsusi bir orijinallıq qatıb. O cümlədən mərasimdə "Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcuri köçkünlər üçün bacarıqların artırılması naminəı inkşaf" layihəsinin fəalları da iştirak
ediblər.

Qeyd edək ki, adıçəkilən proqram 2007-ci ildən Azərbaycan və İsveçrə hökumətlərinin və Birləşmiş Millətlərin ərzaq və Kənd təsərrüfat Təşkilatı tərəfindən maliyələşdirilir.

----------
20:43



Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.