Cəmiyyət

Qurban bayramının vaxtı açıqlandı

29 Sentyabr 2011 14:28
Baxış: 13 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycandan bu il baş tutacaq Həcc ziyarətinin marşrutu dəyişdirilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Sabir Həsənli bildirib. Onun sözlərinə görə, Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar Suriyadan keçməyəcək, İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək.

Sabir Həsənli qeyd edib ki, bu il Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, Həcc karvanları oktyabr ayının 25-26-dan yola düşəcəklər.

"Hər il olduğu kimi, bu il də 2 min nəfərin yola düşməsi gözlənilir. Onlardan 1300 nəfərə yaxını 40-41 ədəd avtobusla yola düşəcək", - QMİ rəsmisi deyib.

Sabir Həsənlinin sözlərinə görə, digər qaydalara dəyişiklik olunmayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.