Cəmiyyət

Gəncədə Təhsil İdarəsinin inzibati binasının açılışı olub

24 Dekabr 2014 19:46
0 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Gəncədə Təhsil İdarəsinin inzibati binasının açılış mərasimi keçirilib.
 

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, təhsil işçiləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 

Milli.Az Trend-ə istinadən bildirir ki, Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev tədbir iştirakçılarını salamlayaraq, gəncəlilər üçün bu günün çox əlamətdar olduğunu bildirib. Qloballaşan dünyada mürəkkəb və gərgin hadisələrin baş verdiyi bir zamanda Azərbaycanın əmin-amanlıq, sabit şəraitdə inkişaf etdiyini,bütün sahələrdə görkəmli nailiyyətlər əldə olunduğunu, insanların rifah halının yüksəldiyini diqqətə çatdırıb. Bütün bunların ulu öndər Heydər Əliyev siyasi kursunun təntənəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin bəhrələri olduğunu deyib. Elm və mədəniyyət mərkəzi olan Gəncədə də çox genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, vacib layihələrin reallaşdığını qeyd edib. Ölkənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində təhsilin də mühüm əhəmiyyət kəsb etdiyini, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının bəhrələri olaraq, yeni məktəblərin və yeni tədris ocaqlarının tikilməsini, təhsil infrastrukturunun müasir təblərə uyğun qurulmasını, kadr hazırlığının yaxsılaşdırılmasını və digər bu kimi sahələrdə böyük uğurlar əldə olunduğunu önə cəkib.
 

Qeyd edib ki, 4 ilə yaxın bir müddətdə Gəncədə 30-a yaxın məktəb əsaslı şəkildə təmir olunaraq və yeni korpuslar tikilərək istifadəyə verilib. Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev təhsil sahəsində əldə olunan yüksəlişə, müvəffəqiyyətlərə, Gəncəyə və gəncəlilərə göstərdiyi hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, dəstəyini və köməyini heç vaxt bizdən əsirgəməyən ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. Ölkə başçısı cənab İlham Əliyevin doğum günündə reallaşan bu tədbirin gəncəlilər üçün ikiqat bayram olduğunu söyləyib.
 

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, metodist Səidə Tağızadə və başqaları çıxış edərək, indiyədək Gəncədə Təhsil İdarəsinin inzibati binasının olmadığını və müasir tələblər səviyyəsində tikilmiş bu binanın onlara ən qiymətli töhfə olduğunu deyiblər və göstərilən etimadı şərəflə doğruldacaqlarını, gənc nəslin təlim-tərbiyəsində, formalaşmasında əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin şagirdi Tünzalə Allahverdiyeva ölkə başçısı cənab İlham Əliyevə həsr olunmuş şeiri söyləyib.
 

İcra başçısı Elmar Vəliyev Təhsil İdarəsinin inzibati binasının qırmızı lentini kəsib və təhsil işçilərini bu əlamətdar hadisə münasibətilə təbrik edib, onlara şərəfli işlərində müvəffəqiyyətlər arzulayıb.
 

İnzibati binanın tikintisində əməyi olan "Gəncə-Körpü-Tikinti-2" ASC-nin işçilərindən bir qrupuna şəhər İcra Hakimiyəti tərəfindən Fəxri fərmanlar təqdim olundu.

Sonda şəhər rəhbərliyi müasir və yeni avadanlıqlarla təchiz olunmuş otaqları gəzərək, burada yaradılan şəraitlə tanış olub və öz tövsiyələrini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.