Cəmiyyət

Azərbaycan vətəndaşlarına hansı ölkələrdə istirahət məsləhət görülmür?

4 İyul 2011 13:59
Baxış: 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Lakin elə ölkələr var ki, orada istirahət hər kəs üçün "kabus"a çevrilə bilər. Müxtəlif bəlalarla, həmçinin infeksion xəstəliklərlə üzləşməmək üçün bəzi ölkələrdən uzaq durmaq məsləhət görülür.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, turizm agentliklərindən birinin direktoru Ruslan Quliyev Azərbaycan vətəndaşlarına ilk növbədə Əfqanıstan, Pakistan, Şimali Koreya, həmçinin hərbi toqquşmaların getdiyi bir sıra Afrika ölkələrindən uzaq durmağı məsləhət bilir: "Bu ölkələrdə qeyri-sabitlik hökm sürür. Odur ki, istirahət üçün onların seçilməsi məsləhət deyil". R.Quliyev müxtəlif epidemiyaların yayıldığı ölkələri də arzuolunmaz sayır.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev öz növbəsində bildirib ki, vətəndaşlar istirahətə yollanmazdan əvvəl orada hər hansı xəstəliyə yoluxmamaq üçün yerli poliklinikalara müraciət etməlidir: "Onlar Bakı şəhərindəki 20 saylı poliklinikaya da müraciət edə bilər. Həmin şəxslərə istirahət edəcəkləri ölkələrdən asılı olaraq, müvafiq peyvənd ediləcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.