Cəmiyyət

Bakının bu hissəsində qaz olmayacaq

29 İyun 2017 19:04
5 Şərh     Baxış: 2 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri Binəqədi rayonunun qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz"-ın İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, daşıyıcı qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar, 30 iyunda saat 10:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.

Görulən işlər zamanı Binəqədi rayonunun 6,7,8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin, Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xətai rayonunun Nobel, Xocalı prospektləri, OPD qəsəbəsi, NZS Aşıq Qurban, Yusif Səfərov, Mingəçevir küçələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.