Cəmiyyət

"AVO MUN" layihəsinə start veriləcək

29 İyun 2017 18:06
Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, ADA universiteti, "ADA MUN" Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə ADA universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtətəfli inkişaf etdirilməsi məqsədilə "AVO MUN" layihəsinə start veriləcək. BMT-nin simulyasiyası əsasında baş tutacaq layihədə 16-25 yaş aralığında 70-ə yaxın gəncin iştirakı nəzərdə tutulub.

14-16 İyul tarixində baş tutacaq layihədə iştirakçılar ilk öncə müxtəlif təlimlərə cəlb olunacaqlar. Simulasiya İngilis və Azərbaycan dillərində keçiriləcək.

Layihədə simulyasiyalar komanda olaraq 2 komitədə, 1-ci "Security Council"- Təhlükəsizlik şurası İngilis dilində, digər 2-ci komitə "Baş Şura" Azərbaycan dilində baş tutacaq və 30 ölkə təmsil olunacaqdır. Layihəyə qeydiyyat və iştirak tamamilə ödənişsizdir.

İştirak etmək istəyənlər 29 İyun-7 İyul tarixlərində müraciət formasını dolduraraq qeydiyyat üçün müraciət edə bilərlər.

Qeyd edək ki, layahinənin əsas məqsədi gəncləri müxtəlif təlimlərə cəlb etməklə onlarda natiqlik, liderlik, komandayla iş qabiliyyətini artırmaq, gənclərin fərdi inkişafına təkan verib, siyasi biliklərini və sosial bacarıqlarını sərgiləmələrinə imkan yaratmaqdır.

Qeydiyyat linki: https://goo.gl/bZmFuV

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.