Cəmiyyət

"ASAN Məktub"a Ramazan sevinci

29 İyun 2017 15:32
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, "ASAN Məktub" Ramazan bayramında uşaqların sevincinə səbəb olub.

Belə ki, layihə çərçivəsində başladılan ""ASAN Məktub"la Ramazan sevinci" aksiyası qısa zamanda xeyirsevər vətəndaşlar tərəfindən dəstək qazanıb. Aksiyada asanmektub.az saytına yerləşdirilmiş yüzlərlə məktub vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb və alınan hədiyyələr Ramazan bayramında öz balaca sahiblərinə çatdırılıb.

Qeyd edək ki, "ASAN Məktub" layihəsinin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, üzlərinin gülməsinə səbəb olmaqdır. Belə ki, "ASAN məktub" layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində asanmektub.az saytı vasitəsilə bu günə qədər 1477 uşağın arzusu reallaşdırılıb, vətəndaşlar tərəfindən alınan hədiyyələr uşaqlara çatdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.