Cəmiyyət

Şeyxin qudası pivə içən molladan DANIŞDI - "Məkkədə "həci pivəsi" görmüşəm"

28 İyun 2017 18:24
7 Şərh     Baxış: 5 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə Bakıda mollanın pivə içməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, Qalib Salahzadə ölkə.az-a açıqlamasında deyib ki, pivə içən adam heç zaman əsl molla ola bilməz:

"Açığı, mən o fotoları görməmişəm. İndi dəqiq bilmirəm ki, o adam doğrudan da molladır, ya yox! Dində də spirtli içki içmək qəbul edilmir". 

Dindarların "hacı pivəsi" adlanan içkiləri içməsinin halal-haram olması məsələsinə də toxunan sabiq deputat qeyd edib ki, hazırda bir çox ölkələrdə, o cümlədən Məkkədə satışda "hacı pivəsi" satılır:

"Mən Həcc ziyarətinə gedən zaman Məkkədə "həci pivəsi" görmüşəm. Bilirəm ki, Səudiyyə Ərəbistanında belə bir içki satışda var. Bu cür içkilər də son illər əmələ gəlib. Əvvəllər belə hallar yox idi. Ancaq mən o içkidən istifadə etməmişəm. Ümumiyyətlə, mən 1990-cu ildən bəri heç zaman spirtli içki qəbul etməmişəm. Bundan sonra da istifadə etməyəcəm. Çünki mən 2 dəfə Kəbə Evinin içərisində olmuşam".

Xatırladaq ki, Bakıda pivəxanaların birində oturub pivə içən mollanın fotoları çəkilərək sosial şəbəkələrdə yayılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.