Cəmiyyət

Diabet üçün 6 şəfalı bitki və maddə

29 İyun 2017 08:55
0 Şərh     Baxış: 2 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Sarımsaq:  Qan şəkərini salan, insulin miqdarını normada saxlayan bir nömrəli bitkidir. Hər gün ən az 3 diş istifadə edin.

Qoxusuna gəlincə isə mütəxəssislər bunun cəfərinin ağızda çeynənilməsi ilə aradan tamamilə gedəcəyini bildirirlər.    

2. Aloye: Yara kremlərində bol istifadə edilən bu bitkinin qurudulmuş şəkli insanda qanda şəkəri və təzyiqi normaya salır.

3. Xrom: Xrom - bir kimyəvi elementdir. İnsulinə kömək edən xrom karbohidrat və yağ mübadiləsinə də lazımlıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, çatışmazlığı isə orqanizmimdə diabeti inkişaf etdirir. Xrom çatışmazlığı narahatlıq, halsızlıq və yorğunluğa səbəb olur. Xrom çatışmazlığı zamanı davamlı aclıq hissi, şirin qidalara maraq olduqca yüksək olur. Xrom çatışmazlığı iştahaya nəzarət etməyə maneə törədərək, insanın piylənməsinə səbəb olur. Bu səbəbdən də tərkibində xrom bol olan qidalar - fıstıq, soyulmamış buğda, göbələk, qoz, kartof, gicitkən otu kimi qidalar  rasionunuzda daim olmalıdır.

4. Alfa: Bol vitamin və mineral verərək, orqanizmin müqavimətini artırır. Şəkərin hormonal təsirini zəiflədir. Mütəxəssislər kapsullarını istifadə etməyi tövsiyə edirlər.

5. Darçın: Həm şəkəri salır, həm də insulinə bağlılığı aradan götürür. 40 gün ərzində hər səhər 1 çay qaşığı istifadə edin. Ən sadə üsulu budur ki, çayınıza qatıb için. Amma duz kimi də istifadə etsəniz, insulindən asılılığınızı azaldarsınız.

6. Soğan: APDS aktiv maddəsi həm qan şəkərini salır, həm də insulin səviyyəsini artırır. Sarımsaq və soğanı bir qabın içinə rəndələyib, üzərinə duz səpib, gündə bir xörək qaşığı yeyin. Bu həm qanda olan şəkəri normaya salacaq, həm də ürək, qan-damar xəstəliyindən əziyyət çəkən insanların damarlarının divarlarını təzələyəcək. Bundan başqa, damarlarda olan artıq yağları da yuyub aparacaqdır. İnsulinin miqdarını da orqanizmdə normal səviyyədə saxlayır. Ümumiyyətlə soğan və sarımsaq diabet və ürəyin dərmanıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.