Cəmiyyət

Düyü suyunun faydaları

29 İyun 2017 08:35
0 Şərh     Baxış: 15 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksəriyyətimiz həftədə ən az bir neçə dəfə istehlak etdiyimiz düyünün suyunun dəri gözəlləşdirən təbii məhsul olduğunu bilmirik.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, düyü suyu dəri rəngini ağardır və dəridəki qəhvəyi ləkələrin rənginin açılmasına kömək edir.
Məsamələri azaldır.
Dərinin bakteriyalardan təmizlənməsini təmin edir. Düyü suyunun dəriyə parlaqlıq verməsilə yanaşı, düyü maskası dəridəki qırışların azalmasını təmin edir.
Sızanaq və qara nöqtə əmələ gəlməsinə mane olur. Düyü suyunu hazırlamaq olduqca asandır. Evdə tək başınıza hazırlayacağınız düyü suyu ilə dərinizə düzgün qulluq edə bilərsiz. Düyü suyunu hazırlamaq üçün bir çay stəkanı düyünü iki çay stəkanı içməli su içində ən azı 3 saat saxlayın. Bu müddət ərzində düyünün qidalandırıcı xüsusiyyətləri suya keçəcəkdir. Sonra düyü suyunu süzün və bu su ilə üzünüzü yuyun.
Düyü suyunu istəsəniz tonik olaraq da istifadə edə bilərsiniz.
Hazırladığınız düyü suyunu soyuducuda ən çox iki gün saxlamağınız tövsiyə olunur. Çünki düyü suyu sürətli bakteriya istehsal edir. Bu səbəblə hazırladığınız düyü suyunu uzun müddət saxladıqdan sonra istifadə etməyiniz dərinizə zərər verə bilər.
Allergik reaksiyalardan qorunmaq üçün hazırladığınız düyü suyunu və ya maskasını əvvəl qolunuzun iç hissəsinə sürtüb 15 dəqiqə gözlədikdən sonra yaxalayın. Hər hansı bir qızarma və qaşınma olsa, hazırladığınız məhlulu istifadə etməyin!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.