Cəmiyyət

Qulaq ağrısına qarşı təbii üsul

29 İyun 2017 08:15
1 Şərh     Baxış: 5 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qulaq ağrısı ümumiyyətlə soyuqlama və orta qulaq iltihabı kimi xəstəlik problemləri ilə ortaya çıxır və çox vaxt antibiotik istifadə etmədən keçmir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq gecə uşağınızda və ya özünüzdə ani yaranan qulaq ağrısını evdə təbii yollarla müalicə edə bilmək mümkündür. İndi isə, qulaq ağrısını müalicə edən təbii üsulla tanış olaq: Vəsaitlər:

Corab
5 stəkan dəniz duzu
1-ci addım: Corabın içərisinə duzu yerləşdirin. Duz dənələri böyük olmalıdır ki, corabın içindən düşməsin.
2-ci addım: Duzu boşaltdığınız coraba iki dəfə möhkəm bir düyün vurun.
3-cü addım: Düyün vurduğunuz corabı tava və ya qazanın içində 4-5 dəqiqə aşağı dərəcədə isidin. Çox isti olmamasına diqqət edin. Daha sonra corabı tavadan götürün. Əgər çox istidirsə, bir az gözləyin.
Daha sonra uşağınızın qulağında içi dəniz duzu dolu ilıq corabı saxlayın. Ağrı bir neçə dəqiqə içində yavaşca azalmağa başlayacaq.
Xəbərdarlıq: Hər hansı bir yan təsir müşahidə edilərsə, həkimlə məsləhətləşməyi unutmayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.