Cəmiyyət

Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb

27 İyun 2017 20:36
0 Şərh     Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı - Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.

Bu dəqiqələrdə "Marxal" müalicə-istirahət kompleksinin Yay Teatrında təşkilatçı qurumların rəsmilərinin, şəhər ictimaiyyətinin nümayəndələrinin və musiqisevərlərin iştirakı ilə festivalın təntənəli açılış mərasimi keçirilir. Tədbirin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun təbriklərindən sonra festivalın ilk konserti - Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.